"Neftçi"nin 13 yaşadək futbolçulardan ibarət komandası 10-14 sentyabr tarixləri arasında Rusiyada təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Siasport.az saytının məlumatına görə, yarış adıçəkilən ölkənin İdman və Turizm Nazirliyi və Rusiya Futbol İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək. Komandanın rəqibləri sentyabrın 11-də baş tutacaq püşkatma mərasimindən sonra bəlli olacaq. Sayca 4-cü dəfədir ki, təşkil olunacaq beynəlxalq turnirdə "Neftçi" ilə yanaşı İsrail, Belarus, BƏƏ, Latviya, Litva və Afrika qitəsindən olan klublar mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB