Təbriz Həsənov: "İrlandiya yığması müdafiədə buraxdığımız səhvlərdən maksimum istifadə etdi"

Təbriz Həsənov: "İrlandiya yığması müdafiədə buraxdığımız səhvlərdən maksimum istifadə etdi"

17 yaşadək futbolçulardan ibarət İrlandiya və Azərbaycan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunu haqda yığmamızın baş məşqçisi Təbriz Həsənovun fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o şanslardan yararlana bilmədiklərini qeyd edib: "Gərgin və sürətli oyun oldu. İlk oyunla müqayisədə uşaqlar bu dəfə daha yaxşı təsir bağışladılar. İrlandiya yığması müdafiədə buraxdığımız səhvlərdən maksimum istifadə etdi. İkinci hissəni hücumda keçirsək də, hesabı bərabərləşdirmək üçün əldə etdiyimiz imkanlardan yararlana bilmədik".

Xatırladaq ki, oyunda 2:3 hesabı ilə İrlandiya qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə