Türkiyənin İstanbul şəhərində keçirilən 40-cı dünya şahmat olimpiadasının ilk turunda Azərbaycanın kişilərdən ibarət komandası Lüksemburqla, qadınlardan ibarət kollektivi isə Puerto-Riko ilə qarşılaşıblar. Siasport.az saytının məlumatına görə, kişilərdən ibarət komandamız 4:0 hesabı ilə inamlı qələbə qazanıb. Komandamızın lideri, dünyanın 4 nömrəli qrossmeysteri Teymur Rəcəbov Mixail Vedenkeller, Eltac Səfərli Vlad Serban, Şəhriyar Məmmədyarov Klod Vaqner, Rauf Məmmədov Kristian Yeltsi məğlub edib.
Qadınların yarışında Zeynəb Məmmədyarova Daniça Vaskes, Gülnar Məmmədova Rinelli Komas, Türkan Məmmədyarova Medina Paçeko, Xəyalə İsgəndərova Orta Alvaresə qalib gəlib.
Beləliklə, hər iki komandamız olimpiadanı 4:0 hesablı inamlı qələbə ilə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB