İspaniyanın "Real" futbol klubunun türkiyəli ulduz futbolçusu Nuri Şahinə daha bir ingilis futbol klubundan təklif gəlib. Siasport.az saytı xəbər verir ki, Joze Maurinyonun komandada görmək istəmədiyi N.Şahin, bu dəfə keçmiş şöhrətini qaytarmaq üçün heyətini gücləndirməyə qərar verən "Liverpul"un transfer hədəfindədir. İspaniyanın "Marça" qəzeti yazır ki, artıq ingilis klubunun menecerləri "Real"ın transfer komitəsinin məsul şəxsləri ilə görüşərək, ulduz futbolçunun "Liverpul"a keçidi barədə müzakirələrə başlayıblar. Qeyd edək ki, ingilis mətbuatı bundan əvvəl türkiyəli futbolçu üçün "Mançester Yunayted" və "Arsenal"ın da kral klubu ilə müzakirələr aparmaq istədiklərinə dair yazılar dərc etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB