Kaxaber Tsxadadze: "Mövqe səhvlərimiz oldu"

Kaxaber Tsxadadze: "Mövqe səhvlərimiz oldu"

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində baş tutan "İnter" - "Qarabağ" (1:1) oyunundan sonra "bankirlər"in baş məşqçisi Kaxaber Tsxadadze oyun barədə fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, komandasının mövqe səhvləri etdiyini bildirib: "Çempionatın belə başlaması onun maraqlı keçəcəyini göstərir. İlk hissə ilə müqayisədə ikinci hissədə daha yaxşı oynadıq. Müəyyən mövqe səhvlərimiz oldu. Lakin, bu, ilk turdur, qarşıdakı oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq. Qurban Qurbanovu bu cür yaxşı komanda qurduğunu görə təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə