Dünya çempionatının açılış oyununa biletlər tükənir

Dünya çempionatının açılış oyununa biletlər tükənir

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasiminin biletləri 16 iyun tarixindən etibarən ənənəvi üsulla satışa çıxarılıb. Siasport.az saytı xəbər verir ki, onlayn biletlər isə 16 apreldən çempionatın rəsmi səhifəsi olan www.fifa.com/Azerbaijan2012-də satışa çıxarılıb.

Dörd aya yaxındır davam edən satışın nəticələri göstərir ki, Azərbaycan - Kolumbiya milli yığmaları arasında keçiriləcək açılış oyununa maraq böyükdür. Ehtimal ki, dünya şöhrətli ulduz Cennifer Lopezin açılış oyununda iştirakı da biletlərin satışına təsir edən mühüm faktorlardan biridir.

Bilet satışı nöqtələrində əhalinin gənc təbəqəsi daha çox aktivlik nümayiş etdirir. Qeyd edək ki, biletlərin artıq yarısından çoxu satılıb. Aralarında məşhur insanların da olduğu alıcılar çempionatın nəhəng bileti ilə foto çəkdirmə şansı da qazanırlar.

Qrup mərhələsi, 1/4 final, 1/2 final və final oyunlarıda daxil olmaqla 6 stadionda keçiriləcək çempionatın bütün digər oyunlarının biletləri də artıq satışa çıxarılıb. 5 oktyabr tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək 1/4 final oyunu və 13 oktyabrda keçiriləcək final oyununda daha iki dünya ulduzu - Rihanna və Şakiranın da iştirak edəcəyini artıq çoxları bilir.

Artıq yarıdan çoxu satılmış açılış oyunu və çempionatın digər oyunlarının biletlərini onlayn qaydada fifa.com/Azerbaijan 2012 saytından, ənənəvi üsulla isə aşağıdakı satış nöqtələrindən əldə edə bilərsiniz.

- Park Bulvar ticarət mərkəzi (Neftçilər pros., 1-ci mərtəbə)

- Metro Park ticarət mərkəzi (Təbriz 44, 7-ci mərtəbə)

- Xalq Bank – Neftçilər filialı (Qara Qarayev pr., 70 b)

- Bakcell – Müştəri xidmətləri (Nizamı küç., 83)

Qeyd edək ki, çempionat oyunlarına biletlərin qiyməti 1 AZN - 15 AZN arasında dəyişir.

Biletlərlə bağlı əlavə məlumat üçün aşağıda qeyd olunmuş telefon nömrələri və e-mail ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня