Rusiya futbol klubu "Rubin", İspaniya klubu olan "Atletik Bilbao"nun 33 yaşlı futbolçusu Pablo Orbaizi transfer edib. Siasport.az saytı xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi internet saytı məlumat yayıb. Məlumatda deyilir ki, keçən mövsüm icarə əsasında "Olimpiakos"da forma geyinən təcrübəli futbolçu, bundan sonra Kazan klubunun uğurları üçün çalışacaq. 2000-ci ildən "Ateltik Bilbao"da forma geyən təcrübəli futbolçu, bu komandanın heyətində 263 dəfə meydana çıxaraq 10 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB