Azərbaycanın basketbol üzrə milli komandası Maltaya məğlub olub

Azərbaycanın basketbol üzrə milli komandası Maltaya məğlub olub

Qadınlardan ibarət Azərbaycan basketbol yığma komandası Makedoniyada keçirilən Avropa Çempionatında iştirak edir. Siasport.az saytının məlumatına görə, azərbaycanlı qızlar Malta, Şotlandiya və Moldova yığmaları ilə bir qrupda yarışıb. Təəssüf ki, qrup mərhələsində yığma 4 xalla (2 məğlubiyyət, 1 qələbə) üçüncü yerlə kifayyətlənməli olub. Mərhələnin son qarşılaşmasında millimiz qrupun favoriti olan Malta yığmasına layiqli müqavimət göstərib. Lakin güclü mübarizəyə baxmayaraq komandamız Maltaya 10 xal hesab ilə 70:80 (18-18, 14-23, 15-18, 23-13) məğlub olub.


Qeyd edək ki, buna baxmayaraq millimiz iyulun 14-də Gibraltarla qarşılaşacaq. Bu oyunda zəfər qazana bilsə, yığmamız 5-ci yer uğrunda mübarizəyə qoşulacaq.


Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə