Bu gün XXX London Yay Olimpiya oyunlarında iştirak edəcək idmançılar Heydər əliyev Sarayı qarşısında Ümummilli liderin abidəsini ziyarət edib, önünə əklil qoyublar. SİA-nın məlumatına görə, mərasimdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançılardan uğur və nailiyyətlər gözlədiyini jurnalistlərə verdiyi açıqlamasında bildirib. Nazir müavini bu günün idmançıları yola salma günü olduğunu deyərək əlavə edib ki, bu gün həmçinin ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılara olimpiya oyunlarında iştirakla bağlı xeyir-dua vermə günüdür: \"Onlar London Olimpiya oyunlarına yola salınır. Bununla bağlı olaraq Azərbaycan idmanının qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdik\".
Onun sözlərinə görə, London Olimpiya oyunlarına 53 lisenziya qazanılıb: \"Ümid edirəm ki, dövlətimizin etimadını, ölkə prezidentimizin etimadını idmançılarımız öz uğurları ilə doğrultmuş olacaqlar. Bütün idmançılarımıza uğurlar arzulayıram və arzu edirəm ki, idmançılarımızın uğurları daha çox olsun və bu da xalqımızı sevindirsin. Həmçinin ölkəmizin, dövlətimizin dünyada tanınmasında idmançılarımızın uğur qazanmalarının böyük əhəmiyyəti var. Mən bu işdə onlara açıq yol arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB