Bolqarıstanın MOİK klubunun baş məşqçisi Stoyço Mladenov hesab edir ki, Azərbaycandakı klublar bizə məlumdur. Orada
futbola böyük sərmayələr qoyulur. Siasport.az saytı xəbər verir ki, bolqar klubunun çalışdırıcısı, avroliqanın II təsnifat mərhələsində qalibini gözlədikləri "Bakı"
(Azərbaycan) – "Mura" (Sloveniya) cütünü də dəyərləndirib: "Azərbaycanda
klubların maddi durumları yaxşı olsa da, Avropada çıxışla bağlı böyük
ənənələri yoxdur. Bunu turnirlərdəki nəticələri göstərir. Sloveniya da
futbolunu yüksək səviyyəyə qaldırmağa çalışır. Tam əminəm ki, Avropada
asan matçlar yoxdur. Komandaların belə oyunlara necə yanaşdıqları
görünəcək. MOİK-in adını ən yaxşı formada qorumağa hazırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə