MOİK klubunun baş məşqçisi Azərbaycan futbolu haqqında danışdı

27 İyun 2012 15:52 (UTC+04:00)
Bolqarıstanın MOİK klubunun baş məşqçisi Stoyço Mladenov hesab edir ki, Azərbaycandakı klublar bizə məlumdur. Orada futbola böyük sərmayələr qoyulur. Siasport.az saytı xəbər verir ki, bolqar klubunun çalışdırıcısı, avroliqanın II təsnifat mərhələsində qalibini gözlədikləri "Bakı" (Azərbaycan) – "Mura" (Sloveniya) cütünü də dəyərləndirib: "Azərbaycanda klubların maddi durumları yaxşı olsa da, Avropada çıxışla bağlı böyük ənənələri yoxdur. Bunu turnirlərdəki nəticələri göstərir. Sloveniya da futbolunu yüksək səviyyəyə qaldırmağa çalışır. Tam əminəm ki, Avropada asan matçlar yoxdur. Komandaların belə oyunlara necə yanaşdıqları görünəcək. MOİK-in adını ən yaxşı formada qorumağa hazırıq".