İspaniya millisi futbol üzrə Avropa çempionatının üçüncü yarımfinalçısı oldu. Məlumata görə, ¼ finalda ispanlar Fransa millisini 2:0 hesabı ilə məğlub ediblər. İspaniya yığmasının oyunçusu Xabi Alonso dubla imza atıb.
O, ilk qolu müdafiəçinin künc ötürməsindən sonra vurub. İkinci hissənin sonunda fransalı futbolçular Pedroya qarşı qaydanı pozublar və penalti təyin edilib. Xabi Alonso bu imkanı əldən verməyib - 2:0.
EURO-2012-nin yarımfinalında İspaniya millisi Portuqaliya yığması ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB