Bakıda “Formula 1”in ən sürətli bolidi keçirilib - FOTOREPORTAJ

Bu gün Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Red Bull Racing" komandasının \"Formula-1\" göstəri xarakterli avtoyürüşü keçirilib. SİA-nın məlumatına görə, avrtoyürüşdə dünyanın məşhur \"Formula-1\" ustaları çıxış edib. Belə ki, 2001-ci ildə çempion olmuş Sebastyan Fettel, \"Formula-1\"-in əfsanəsi Devid Kulthard və 13 qat Qran-Prinin qalibi Adriana Nyu maraqlı nümayişləri ilə şəhər sakinlərinə "Formula 1" həyəcanını yaşadıb.

Məlumat üçün bildirək ki, Bakıda komanda olaraq çıxış edən "Red Bull Racing" "Formula 1" in 2005-ci ildə əsası qoyulmuş ən gənc komandalarından biridir. Bu komanda 7 il ərzində planetin ən nüfuzlu avtoyarışlarında çıxış edərək 29 dəfə qalibiyyət, 69 podium və 41 dəfə poul-pozisiyası əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...