Taner Alpak: \"Azərbaycanda özümüzü vətənimizdəki kimi hiss edirik\"

\"Azərbaycanda özümüzü vətənimizdəki kimi hiss edirik və elə vətənimizdəyik\". SİA-nın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri \"Qəbələ Kuboku\" turnirində qalib adını qazanan \"Qalatasaray\"ın 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Taner Alpak deyib. O, ilk olmasına baxmayaraq, \"Qəbələ Kuboku\" turnirinin çox gözəl təşkil olunduğunu qeyd edib. Baş məşqçi bu turnirin ilkində qalib gəlməklə adlarını \"Qəbələ Kuboku\"nun tarixinə yazdıqlarını bildirib. O, turnir boyu əzmkar oyun nümayiş etdiriklərini vurğulayıb: \"İlk oyunda bir futbolçumuzun çiyni qırıldı və komanda yoldaşları onun üçün bu turnirdə qalib gəlib kuboku qazanacaqlarını bildirdilər. Mübarizə apardıq və kuboku qazandıq. Çox sevinirik\".



Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə