“Sumqayıt” futbolçusu “A” millisinə daxil edilib

"Sumqayıt" Futbol Klubunun yarımmüdafiəçisi Uğur Pamuk A millinin heyətinə daxil edilib. Siasport.az saytının məlumatına görə, artıq futbolçu debüt edib. 1989-cu il təvəllüdlü yarımmüdafiəçi Andorra ilə qarşılaşmada da 20 dəqiqə meydanda olub.

Məlumat üçün bildirək ki, Uğur "Sumqayıt" Futbol Klubunun heyətində başa çatan mövsüm ərzində Premyer Liqada 14 qarşılaşmada (963 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 2 top keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə