\"Qəbələ Kuboku\" uğrunda beynəlxalq turnir keçirilir

\"Qəbələ Kuboku\" uğrunda beynəlxalq turnir keçirilir

Bu gün Qələbə rayonunda 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnir təşkil edilib. SİA-nın xəbərinə görə, 1-ci \"Qəbələ Kuboku\" turniri aşağı yaş klubları arasında keçirilən 1-ci beynəlxalq turnir kimi tarixə düşüb. Bundan əlavə turnir Azərbaycanda Qərbi Avropa təmsilçilərinin iştirakı ilə keçirilən ilk turnirdir.

Avropanın tanınmış klublarından "Qalatasaray", "Brondbü", "Levante", "Villareal", "Serbiya" yığma komandasının iştirakı ilə təşkil olunan turnirdə Azərbaycanı "Qarabağ" və "Qəbələ" klubları təmsil edir.

31 may və 4 iyun tarixlərində baş tutacaq turnirdə komandalar ilkin mərhələdə klublara ayrılıblar.


A qrupunda \"Qəbələ", Danimarkanın "Brondbü", Türkiyənin "Qalatasaray" və İspaniyanın "Villareal" komandaları qarşılaşacaq.


B qrupunda isə Azərbaycanın "Qarabağ", Hollandiyanın "Feynoord", İspaniyanın "Levante" klubları və "Serbiya" milli komandası münasibətlərə aydınlıq gətirəcək.


Final oyunları mayın 31-də, yarımfinal qarşılaşmalar isə iyun ayının 3-də keçiriləcək.


1-ci "Qəbələ" kuboku ölkəmizdə tanınmış futbol adamları, federasiya rəsmilər ilə yanaşı həm də ölkə xaricindən gələn yüksək titullu futbol adamlarının iştirakı ilə əlamətdardır. Belə ki, "Feyenoord\" akademiyasının direktoru Stenli Brard və "Serbiya" futbol federasiyasının vitse-prezidenti Draqan Corcevid turnirin qonaqları sırasında yer alıb. Hazıda Azərbaycanın "Qəbələ" klubu Danimarkanın "Brondbü" komandası ilə qarşılaşıb. "Qarabağ kulubu isə İspaniyanın "Levante" komandası ilə münasibətlərə aydınlıq gətirir.

Bütün xəbərlər Facebook səhifəmizdə