Fransa prezidenti Avro-2012-ni boykot etdi!

Daha bir Avropa ölkəsinin prezidenti gələn ay Ukraynada keçiriləcək 2012-ci il futbol üzrə Avropa çempionatını boykot etçək haqda bəyanat verib. Siasport.az saytı xəbər verir ki, Fransanın yeni prezidenti Fransua Olland 2012-ci il Avropa çempionatının Ukraynada keçiriləcək oyunlarına baxmağa getməyəcək. Fransa prezidenti, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya qarşı baş verənləri əsas gətirərək bu addımı atdığını bəyan edib: "Mən futbolu çox sevirəm. Amma Ukraynada baş verənlər problem yaradır".
Xatırladaq ki, F.Olland bu bəyanatı Avropa İttifaqının Belçikanın paytaxtı Brüsseldə keçirilmiş sammitindən sonra verib.

Bütün xəbərlər Facebook səhifəmizdə