Quss Hiddinq "Anji"dən məmnundur...

Hazırda Rusiyanın "Anji" futbol klubunun sükanı arxasında olan hollandiyalı Quss Hiddinq, daha bir il də Mahaçqala klubunun uğurları üçün çalışmağa hazırdır. Siasport.az saytı xəbər verir ki, "Anji"nin hazırkı durumu ilə bağlı Rusiya mətbuatına bir sıra açıqlamalar verən Q.Hiddinq bildirib ki, komandanın gündən günə sürətlə inkişaf etməsi və burada perspektiv futbol üçün hər bir şəraitin yaradılması onu daha da yaxşı işləməyə həvəsləndirib. Komandasının avrokuboklara qatılması üçün var qüvvə ilə çalışdıqlarını deyən Q.Hiddinq bidirb ki, onun komandası gələn il Avropa miqyaslı yarışlara qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...