“Simurq” “Turan”la oyunöncəsi itki ilə üzləşib

“Simurq” “Turan”la oyunöncəsi itki ilə üzləşib

Premyer Liqada XXVIII turun oyunları çərçivəsində "Turan"la qarşılaşacaq "Simurq" oyunöncəsi itki ilə üzləşib. Məlumata görə, dünən "Rəvan"la keçirilən oyunun 64-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan və bununla da limiti dolduran Zaqatala klubunun kapitanı Rasim Ramaldanov cəzalı duruma düşdüyü üçün Tovuzdakı matçda çıxış etməyəcək.

Xatırladaq ki, "Turan" – "Simurq" oyunu aprel ayının 15-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə