“Simurq” “Qarabağ”la oyunda Alunderis və Qırtımovdan yararlana bilməyəcək

“Simurq” “Qarabağ”la oyunda Alunderis və Qırtımovdan yararlana bilməyəcək

"Simurq" komandası digər klublarda olduğu kimi oyunçu itkisi ilə növbəti qarşılaşmasını keçirməli olacaq. Siasport.az saytının məlumatına görə, "Simurq" martın 7-də "Qarabağ"la keçiriləcəyi görüşdə iki futbolçudan yararlana bilməyəcək. Belə ki, komandanın Litvalı futbolçusu Vidas Alunderis "Kəpəz"lə qarşılaşma zamanı da sarı vərəqə aldığına görə növbəti oyunda meydana çıxa bilməyəcək. Yerli futbolçu İlkin Qırtımova gəldikdə isə o, zədə səbəbindən "Qarabağ"la oyunda komandasına kömək edə bilməyəcək.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə