Azərbaycan Çempionatının 21-ci turunun ilk qarşılaşmasında \"İnter\" qələbə qazandı

Azərbaycan Çempionatının 21-ci turunun ilk qarşılaşmasında \"İnter\" qələbə qazandı

Əvəzedici klublar arasında keçirilən Azərbaycan Çempionatının XXI turunun ilk qarşılaşması baş tutub. Siasport.az saytının məlumatına görə, "Şəfa" stadionunda "İnter" klubu "Sumqayıt" futbol komandasını qəbul edib. Belə ki, meydanda daha üstün oyun nümayiş etdirən paytaxt təmsilçisi 3 dəfə rəqibin qapısına cavabsız yol tapa bilib, 3:0.

Məlumat üçün bildirək ki, qolları "İnter"in heyətində mübarizə aparan Mirsahib Abbasov, Ramil Mansurov və Fuad Bayramov vurub.

Qeyd edək ki, bu vacib qələbədən sonra Tofiq Mustafayevin yetirmələri ilk "altılıq"da yerlərini daha da möhkəmlədə bilib.

Onu da əlavə edək ki, növbəti turda "İnter" komandası "Bakı" klubu ilə qarşılaşacaq.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə