Bu gün səhər tezdən Mexikonun "Foro Polanso" sarayında Mexico City Guerreros və Baku Fires komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) sonuncu 10-cu turunun matçı baş tutub.
SİA-nın xəbərinə görə, komandamız onuncu qələbəsini qazanıb və Meksikada qalib gələn ilk komanda olub. Matçın yekun nəticəsi -3:2.
Rinqəilk olaraq yüngül çəkililər - meksikalı Aaron Alameda Lopes və Baku Fires-in yeni boksçusu Məhəmməd Qurbanov çıxıb. Rusiyalının debütü uğurlu alınıb. O Meksika çempionu üzərində tam üstünlük əldə edib.
Baku Fires-ın 61 kq-dəkçəki dərəcəsində çıxış edən boksçusu Mədadi Naqzibəyov qələbə qazanacağı təqdirdə fərdi finalda çıxış etmək hüququ əldə edəcəkdi, lakin təəssüf ki, Xurşid Tocibayevə məğlub olub. Hər üç hakim 50:45 hesablı qələbəni 22 yaşlı özbək boksçuya verib.
Heybulla Mürsəlov üçün də Meksikadakı döyüşün xüsusi əhəmiyyəti var idi. Bolqar Mladen Manevlə qarşılaşmada əldə olunan uğur onu finala çıxarıb. Avropa çempionatının mükafatçısı Mürsəlova güclü müqavimət göstərsə də məğlub olub. Heybulla finala çıxıb, burada onun rəqibi İtaliyanın Dolce & Gabbana Milano Thunder komandasından ukraynalı Serqey Derevyançenko olacaq.
Məhəmməd Qurbanovdan fərqli olaraq Rəcəb Əliyev (85 kq) uğursuz debüt edib. Xorvat Boyan Miskoviç Azərbaycan komandasının 19 yaşlı yeni boksçusundan güclü olub.
Lakin superağırçəkili Fərid Şabanovəla start götürüb. Onun rəqibi Omar Qarsiya iki raund tab gətirə bilib. Meksikalı 3-cü raunda çıxa bilməyib və Azərbaycan çempionatının gümüş mükafatçısı texniki nokautla qələbə qazanıb.
Beləliklə, Baku Fires üçün müntəzəm mövsüm başaçatıb. Yüz faizlik göstərici ilə "B" qrupunun qalibi olan komandamız martın 2-dəHindistanda "A" qrupunda 4-cüyeri tutanyerli Venky’s Mumbai Fighters komandasına qarşı 1/4 final matçına çıxacaq. Cavab görüşü martın 10-da Bakıda keçiriləcək. Bu cütün qalibi yarımfinalda Dolce & Gabbana Milano Thunder - Paris United cütnün qalibi ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB