\"Beşiktaş\" Portuqaliyada \"Braqa\"nı çökdürdü!

\"Beşiktaş\" Portuqaliyada \"Braqa\"nı çökdürdü!

UEFA Avropa Liqasının 1/16 final qarşılaşması çərçivəsində bu gün daha bir oyun keçirilib. Siasport.az saytı xəbər verir ki, bir neçə dəqiqə bundan əvvəl başa çatan \"Braqa\"-\"Beşiktaş\" qarşılaşmasında, qonaq komanda olan İstanbul təmsilçisi 2:0 hesabı ilə qalib gələrək meydanı qələbə ilə tərk edib. İstanbul klubunun qollarına Sivok və Simao Sambroza imza atıblar. Bununla da \"qara qartal\", fevralın 23-də keçiriləcək cavab qarşılaşması üçün böyük üstünlük qazanaraq, 1/8 final mərhələsinə vəsiqə əldə etmək şansına sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə