Beynəlxalq Güləş Federasiyası (FİLA) 2011-ci ilin ən yaxşı güləşçilərinin adlarını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, FİLA-nın bu siyahısında sərbəst güləş üzrə yığmamızın üzvü Şərif Şərifov (84 kq) və qadın güləşi üzrə millimizin idmançısı Mariya Stadnik (48 kq) də ötən ilin ən yaxşıları sırasında yer alıblar.
Türkiyədə təşkil olunan dünya çempionatında qələbə qazanan Ş.Şərifov 21 xal toplayıb. Bu da birincilik üçün yetərli olub. Güləşçimiz ötən il həm də Avropa çempionatının bürünc medalını qazanmışdı. Avropa çempionatında qızıl, dünya çempionatında isə gümüş medal qazanan M.Stadnik 22 xal toplaya bilib. Yunan-Roma güləşi üzrə isə türkiyəli Rıza Kayaalp (120 kq) fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB