İbrahim Karqbo: "Əminəm ki, azarkeşlərimiz daha güclü “Bakı” görəcəklər”

İbrahim Karqbo: "Əminəm ki, azarkeşlərimiz daha güclü “Bakı” görəcəklər”
Siasport.az saytının məlumatına görə, "Bakı" Futbol Klubunun və Sierra-Lione milli komandasının futbolçusu İbrahim Karqbo məşqlərin gedişi və klubun gələcək perspektivləri haqda fikirlərini klubun rəsmi internet səhifəsinə bildirib. Legioner futbolçunun fikirlərini təqdim edirik: "İlk mərhələni geridə qoyduq, artıq hazırlığın ikinci mərhələsindəyik. Çempionat oyunlarına yüksək səviyyədə hazırlaşırıq. Qarşıda bizi çox ciddi və çətin oyunlar gözləyir. Toplanışın ilkin mərhələsi zamanı keçirdiyimiz hər iki yoldaşlıq görüşündə məğlub olduq. Hər iki oyunda güclü rəqibə qarşı oynadıq. hollandiya və Almaniya klubları oyunlar bizim çatışmayan cəhətlərimizi üzə çıxardı. Məncə, xətlər arasındakı əlaqələr hələ də istənilən səviyyədə deyil. Yaxın günlərdə 2-3 yeni futbolçu komandamıza qoşulacaq. İrəlidə hələ kifayət qədər zaman var və inanıram ki, komandamızın oyunu gündən günə yaxşılığa doğru dəyişir. əminəm ki, azarkeşlərimiz daha güclü "Bakı" görəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə