"Barselona" sabahkı qarşılaşmada bütün ümidlərini Messiyə bağlayıb...

"Barselona" sabahkı qarşılaşmada bütün ümidlərini Messiyə bağlayıb...

Sabah İspaniya kuboku çərçivəsində Madrid "Real"ı ilə qarşılaşacaq "Barselona" cəbhəsindən iddialı açıqlamalar səslənməyə başayıb. Siasport.az saytı xəbər verir ki, katalon klubunun forvardı Xavi Hernandez sabah keçiriləcək derbi qarşılşması barədə danışıb. O belə hesab edir ki, Leonel Messi qarşılaşmanın taleyini elə ilk hissədəcə həll etməyə çalışacaq: "Messi "El-Klassiko"da hər zaman öz sözünü deyib. Məncə, sabah da belə olacaq. Çünki Messi bu tip oyunları çox sevir. Ronaldoya gəldikdə isə o, dünyanın ən yaxşı 11-liyində olmalıdır. Ancaq onun son zamanlar mətbuat tərəfindən təzyiqə məruz qaldığının şahidi oluruq. Bu yolverilməzdir".

Bütün xəbərlər Facebook səhifəmizdə