Bu gün Futbol İdarəçiliyi Təlim Proqramının iştirakçılarına diplomlar təqdim olunub
Məlum olduğu kimi, yola saldığımız ilin mayın 10-da AFFA, Liverpul Universiteti və FMMİ şirkətinin əməkdaşlığı çərçivəsində AFFA-nın Futbol İdarəçiliyi Təlim Proqramının giriş mərhələsinə start vermişdi. Siasport.az saytı xəbər verir ki, bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov Futbol İdarəçiliyi Təlim Proqramının iştirakçılarına müvafiq diplomlar təqdim edib. Xatırladaq ki. mayın 13-dək davam edən tədbirdə AFFA-nın və "Neftçi", "Qəbələ", "Xəzər-Lənkəran", AZAL, "Qarabağ", "İnter", "Bakı" və "Turan" klublarının nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB