Beynəlxalq “Həmrəylik kuboku” turnirinin qalibi ol, 156.000 ABŞ dollarını qazan!
Dekabrın 29-dan 31-dək Azərbaycan Respublikasının Atçılıq Federasiyası Novxanı qəsəbəsindəki "Sərhədçi" Atçılıq Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş atçılığın konkur növü üzrə Beynəlxalq "Həmrəylik kuboku" turniri keçirəcək. Siasport.az saytı xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, Rusiya, Polşa, Türkiyə və Qazaxıstan təmsilçiləri də iştirak edəcəklər. Türkiyə və İran İslam Respublikasından dəvət olunmuş hakimlər heyətinin nəzarət edəcəyi turnirin ümumi mükafat fondu 156.000 ABŞ dollarıdır. Kiçik və böyük turlardan ibarət olan və 3 gün davam edəcək yarışın sonunda Grand-Prix mərhələsi keçiriləcək. Kiçik turlarda maneələrin maksimum hündürlüyü 125 santimetr, böyük turlarda 145 santimetr, Grand-Prix mərhələsində isə 140-160 santimetr olacaq.Yarışların ilk 2 günü saat 12-də, Grand-Prix mərhələsi isə saat 16-da start götürəcək.Turnirin nəticələrinə əsasən idmançıların topladıqları xallar onların 2012-ci il London Yay Olimpiya Oyunlarına və həmçinin dünya kuboku turnirinə vəsiqə qazanmasına böyük təsir göstərəcək. 2012-ci il yanvarın 1-dən martın 1-dək olan müddət Beynəlxalq Atçılıq Federasiyası tərəfindən "Lisenziya müddəti" kimi elan edilib. Bu günə olan nəticələrə əsasən Beynəlxalq Atçılıq Federasiyasının reytinq cədvəlində Azərbaycan çaparı Camal Rəhimov "C" qrupunda liderdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB