"Mançester Siti" öz meydanında "Arsenal"a şans vermədi

"Mançester Siti" öz meydanında "Arsenal"a şans vermədi
Dünən İngiltərə Premyar Liqasının 16-cı turu çərçivəsində "Mançester Siti" və "Arsenal" üz-üzə gəliblər. Siasport.az saytı xəbər verir ki, olduqca gərgin keçən qarşılaşmada gülən tərəf meydan sahibi olan "Mançester Siti" olub. Premyer Liqanın hazırkı lideri, David Silvanın qarşılaşmanın 56-cı dəqiqəsində vurduğu qolla "topçular"ı məğlub edərək, aktivindəki 41 xalla liderliyini bir qədər də möhkəmləndirib. 29 xala sahib "Arsenal" isə hələ də zirvə yarışında rəqiblərindən xeyli geridə qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə