Vüqar Həşimov və Şəhriyar Məmmədyarov Pekində uğursuz çıxış edirlər
Pekində keçirilən Ümumdünya intellektual oyunlarında şahmat proqramının sonuncu, üçüncü növü – gözübağlı oyun üzrə turnirlər start götürüb. Siasport.az saytı xəbər verir ki, sürətli şahmat və blits üzrə yarışlarda olduğu kimi, kişi və qadın yarışlarının hər birində 16 oyunçu mübarizəyə qoşulub. Kişilərin turnirində ukraynalı Vasili İvançuk, qadınlar arasında isə gürcü Nana Dzaqnidze hərəyə 2 xal toplayıblar. Maraqlısı odur ki, Azərbaycanlı qrossmeysterlər Vüqar Həşimov və Şəhriyar Məmmədyarov hərəyə 1,5 xal yığmaqla kifayətləniblər.Bundan başqa Kubalı Lenyer Dominges Perez, ukraynalı Ruslan Ponomaryov, fransız Maksim Vaşye-Laqrav və danimarkalı Piter-Hayne Nilsen onlarla eyni xal toplayıblar. Macar Zoltan Almaşi, hollandiyalı Aniş Giri, rusiyalı Aleksandr Qrişşuk hərəyə 1 xal, çinli Van Yue, amerikalı Qata Kamski, rusiyalı Sergey Karyakin, vyetnamlı Le Kuanq Lyem hərəyə 0,5 xal toplayıblar. Turnirlər dekabrın 16-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB