Dekabrın 11-də Şərur Olimpiya İdman Kompleksində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Naxçıvan Open" İçigeki beynəlxalq turniri keçirilib.
Siasport.az saytı xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Gənclər və İdman Nazirliyi ilə Naxçıvan MR Karate-do Federasiyasının təşkil etdikləri turnirin iştirakçıları əvvəlcə Şərur şəhərinin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül düzüblər. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra mərasimin bədii hissəsi olub. Şərur Rayon Mədəniyyət Şöbəsinin "Şərur qönçələri" mahnı və rəqs ansamblının çıxışı olub. Turnirdə Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Almaniya idmançıları iştirak ediblər. Turnirin finalına çıxmış Naxçıvan idmançısı Mübariz Ağamalıyevin rəqibi Qazaxıstan idmançısı Rashad Aliyevi məğlub edərək birinci yeri tutaraq beynəlxalq turnirin kubok və qızıl medalına sahib olub. Beləliklə böyüklər arasında "Naxçıvan Open" İçigeki Beynəlxalq turnirində Naxçıvan idmançısı birinci, Qazaxıstan və Türkiyə təmsilçiləri isə ikinci, üçüncü yerləri tutublar. Mükafatlandırma mərasimində Naxçıvan MR Karate-do Federasiyasının sədri V.Ələsgərov, Naxçıvan MR gənclər və idman naziri Azad Cabbarov fəxri yerləri tutan idmançıları təbrik edərək onlara gələcək yarışlarında uğurlar arzulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB