BOK London Olimpiadasına çəkiləcək xərcləri 424 milyon dollar artırıb
Böyük Britaniyanın Olimpiya Komitəsi (BOK) 2012-ci il Olimpiya oyunları zamanı təhlükəsizliyin təmin edilməsinə çəkiləcək xərcləri iki dəfə artırıb.
Britaniya mətbuatının verdiyi məlumata görə, bu ölkənin Olimpiya oyunları üzrə naziri Hyu Robertson 424 milyon dollar əlavə vasaitin otellər və olimpiya obyektləri kimi çox insan toplaşan yerlərdə təhlükəsizlik məslələri üçün sərf ediləcəyini bildirib.
Xatırladaq ki, bunadək BOK 2012-ci il London Olimpiadasının təhlükəsizliyin təmin edilməsi üçün 438 milyon dollar vəsaitin ayrıldığını bəyan etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB