"Qalatasaray" səfərdən 3 xalla döndü!

"Qalatasaray" səfərdən 3 xalla döndü!

Dünən Türkiyə Superliqasının 13-cü turu çərçivəsində səfərdə "Gənclərbirligi" ilə qarşılaşan İstanbulun "Qalatasaray" futbol klubu, dekabrın 7-də əzəli rəqibi olan "Fənərbaxça" ilə keçirəcəyi derbi qarşılaşmasına yaxşı əhval ruhiyyədə hazırlaşır. Belə ki, qarşılaşmanın 71-ci dəqiqəsində London "Arsenal"ından İstanbul klubuna transfer olunan Ebouenin vurduğu qol sayəsində rəqib meydanından 3 vacib xalla ayrılan "cim bom", indi bütün diqqətini derbi hazırlıqlarına yönəldib. Xatırladaq ki, "Türk Telekom Arena"da keçiriləcək derbi qarşılaşması, "Qalatasaray" üçün turnir cədvəlində lideliyə yüksəlmək baxımından çox əhəmiyyətlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə