Xəbər verdiyimiz kimi braziliyalı futbol əfsanəsi Pele, argentinalı ulduz futbolçu Leonel Messinin əleyhinə bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi, həmyerlisi, hazırda Braziliyanın "Santos" futbol klubunda çıxış edən Neymanın L.Messidən daha əla formada olduğunu açıqlayıb. Onun bu ittihamlarına isə digər bir dünya əfsanəsi Diyeqo Maradona sərt şəkildə cavab verib. Peleni, həkimin ona yazdığı dərmanları vaxtı-vaxtında qəbul etməməkdə ittiham edən D.Maradona, elə bunun nəticəsində onun verdiyi açıqlamaların reaallıqdan daha çox xülyaya bənzədiyini, braziliyalı əfsanənin nə danışdığını bilmədiyni dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB