"Atletiko Madrid" uduzdu, Grigorio Manzano istefaya göndərilir

"Atletiko Madrid" uduzdu, Grigorio Manzano istefaya göndərilir
Dünən İspaniya La Liqası çərçivəsində səfərdə "Atletiko Bilbao"ya 0:3 hesabı ilə məğlub olan "Atletiko Madrid" futbol klubunda kritik situasiya hökm sürür. Siasport.az saytı xəbər verir ki, türkiyəli futbolçu Arda Turanın heyətində çıxış etdiyi İspaniya təmsilçisinin baş məşqçisi Grigorio Manzano, artıq istefası barədə düşünə bilər. Onsuz da komandanın yeni mövsümdəki uğursuzluqundan cana doyan klub rəhbərliyi, onun işindən qətiyyən razı deyildi.
İspaniya mətbuatı xəbər verir ki, "Atletiko Madrid" rəhbərliyi, dünənki qarşılaşmadan sonra G.Manzanonun istefaya göndərilməsini bir daha müzakirə edib. Rəhbərlik bu mütəxəssislə yolların ayrılmasına qərar verərək, eyni zamanda yeni baş məşqçi axtarışlarını sürətləndirmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə