\"Fırtınalar meydanı\"nın ot örtüyü su altında qalıb

\"Fırtınalar meydanı\"nın ot örtüyü su altında qalıb

\"Xəzər Lənkəran\" - \"Kəpəz\" oyunu təxirə salına bilər. Siasport.az saytı xəbər verir ki, bu gün saat 18.00-a təyin olunan qarşılaşmanın baş tutması sual altına düşüb.
Buna səbəb bərbad hava şəraitidir. Bir neçə gündür yağan aramsız yağış Lənkəran şəhər stadionunun ot örtüyünü su altında qoyub. Yağış dayanmadığından drenaj sistemi suyu təmizləyə bilmir. Bu şəraitdə isə oyunun keçirilməsi mümkün deyil.
Lakin PFL hələ ki, oyunun təxirə salınması ilə bağlı qərar qəbul etməyib. Komandalar oyuna hazırlaşır. Hər şeyə son dəqiqədə aydınlıq gələ bilər.//fanat.az


Bütün xəbərlər Facebook səhifəmizdə