\"Real\" \"Vilyarreal\"ı darmadağın edib-LA LİQA

\"Real\" \"Vilyarreal\"ı darmadağın edib-LA LİQA

İspaniya La Liqasında X turun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub. Son çempion \"Barselona\" səfərdə \"Qranada\" üzərində çətin qələbə qazanıb-0:1. \"Sevilya\" isə \"Rasinq\"lə heç-heçə edib-2:2.

Turun 6 matçı ikinci oyun günündə keçirilib. \"Real\" evdə \"Vilyarreal\"ı darmadağın edib - 3:0. La Liqanın sürpriz lideri \"Levante\" \"Real Sosyedad\"ı 3:2 hesabı ilə yenib. \"Rayo Vallekano\" evdə \"Malaqa\"nı 2:0, \"Valensiya\" səfərdə \"Saraqosa\"nı 1:0, \"Sportinq\" \"Malyorka\"nı 2:1 hesabı ilə məğlub edib. \"Xetafe\" - \"Osasuna\" oyununda qalib müəyyənləşməyib - 2:2.

Tura bu gün yekun vurulacaq.


İspaniya

La Liqa

X tur


25 oktyabr

Qranada - Barselona 0:1

Qol: Xavi, 33.

Sevilya - Rasinq 2:2

Qollar: Moral, 37; 90 - Nahuelpan, 62. Bustara, 69.

26 oktyabr

Xetafe - Osasuna 2:2

Qollar: Quiza, 62; 76 - İbrahima, 7; 66.

Levante - Real Sosyedad 3:2

Qollar: Nano, 56. Valdo, 61. Suares, 90 - Estrada, 4. Martines, 86.

Rayo Vallekano - Malaqa 2:0

Qollar: Botelho, 7. Tamudo, 69.

Saraqosa - Valensiya 0:1

Qol: Alba, 82.

Malyorka - Sportinq 1:2

Qollar: Kastro, 16 - Biliç, 49. Viktor, 64 (avtoqol).

Real - Vilyarreal 3:0

Qollar: Benzema, 6. Kaka, 11. Di Mariya, 31.

27 oktyabr

23.00 Espanyol - Betis

01.00 Atletik - Atletiko

Bütün xəbərlər Facebook səhifəmizdə