İstanbulun "Qalatasaray" futbol klubunun prezidenti Ünal Aysal, qış transfer dövründə "cim bom"a transfer etmək istədiyi futbolçunun adını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun prezidenti, bir televiziya proqramındakı çıxışında, Didye Droqbanın "Qalatasaray"ın tansfer siyahısında sonuncu yerdə gəldiyini deyərək, əsas hədəfinin İngiltərə Premyer Liqasında oynayan, çevik futbol texnikasına sahib olan, sarışın, 6 yaşlı qız uşağının atası olan bir futbolçu olduğunu açıqlayıb.
"Qalatasaray" prezidentinin bu açıqlamasından sonra araşdırma aparan Türkiyə mətbuatına aydın olub ki, Ü.Aysalın saydığı keyfiyyətlərə malik olan futbolçu, "Tottenhem"də forma geyən Andrey Pavliçenkodur. Türkiyə mətbuatı yazır ki, çox güman ki, Ü.Aysal onun qış transfer dövründə "Qalatasaray"a keçidini həll etdiyi üçün artıq onun kimliyini də mətbuatdan gizli saxamamağa qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB