Elxan Məmmədov: "Berti Foqtsla bağlı qərar ilin sonunadək veriləcək"-AÇIQLAMA
"Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla bağlı qərar ilin sonunadək veriləcək. Baş məşqçinin millimizdəki taleyinə İcraiyyə Komitəsi aydınlıq gətirəcək". Siasport.az saytı xəbər verir ki, bu barədə ANS-ə müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Millidə çıxış etməkdən imtina etmiş Vaqif Cavadova gəldikdə isə baş katib məsələyə İntizam Komitəsinin baxdığını qeyd edib.
Amma qurum rəsmisi Vaqifin səhvini başa düşərək geri qayıdacağı təqdirdə, yığmaya qəbul ediləcəyini də istisna etmir.
Məmmədov millinin 3-4 il ərzində uğur qazanacağına ümid edir. Onun sözlərinə görə, aşağı yaş qrupları üzrə çempionatın başlanması bu uğurun əsasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB