Azərbaycan samboçuları dünya çempionatında 5 medal qazandılar

Azərbaycan samboçuları dünya çempionatında 5 medal qazandılar

Latviyanın paytaxtı Riqada yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda yeniyetmələrin mübarizəsində Azərbaycan samboçuları Fərid Mikayılov (60 kq) gümüş, Hüseyn Eyvazzadə (48 kq) bürünc medal qazanıblar.
Gənclərin yarışında isə Nəsimi Umbayev (48 kq), Zülfüqar Quliyev (74 kq) və Azər Ağayev (82 kq) bürünc medala sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə