Con Terri Abromoviçi dəstəkədi!

Con Terri Abromoviçi dəstəkədi!
İngiltərənin \"Çelsi\" futbol klubunun kapitanı olan Con Terri, yeni stadion tikilişi ilə bağlı \"Zadəganlar\"ın sahibi Roman Abromoviçə dəstək olacaqlarını deyib. Siasport.az saytı xəbər verir ki, əzəli rəqibləri olan \"Arsenal\" və \"Mançester Yunayted\"in gözəl stadionlara sahib olduqlarını deyən \"Çelsi\"nin kapitanı, R.Abromoviçin bu təşəbbüsünü bəyənməklə yanaşı, hər bir \"Çelsi\" azarkeşinin də ona yardım etməli olduqunu diqqətə çatdırıb.

\"Stenford Bric\"də çox gözəl xatirələrinin olduğunu deyən kapitan, eyni zamanda yeni və möhtəşəm stadionun da onların adına ancaq şərəf gətirəcəyini dilə gətirib. C.Terri, \"Roman Abramoviç necə desə, biz də elə hərəkət edəcəyik\"-deyə fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə