İngiltərənin "Tottenhem" futbol klubunda çıxış edən toqolu futbolçu Emmanuel Adebayorun "Real" eşqi bitmir. Siasport.az saytı xəbər verir ki, məşhur futbolçu "Tottenhem"də çıxış etməsindən narazı olmasa da, Madridin "Real" klubuna qayıtmaq üçün yamanca gün sayır. Portuqaliyalı Joze Maurinyonun "Səni mütləq "Real"a qaytaracam" deməsindən neçə müddət keçsə də, ondan xəbər-ətər belə yoxdur. J.Maurinyonu çəkinmədən yalançı adlandıran toqolu futbolçu, indi bütün ümidini, onunla yaxşı münasibətləri olan kral klubunun idman direktoru Zinəddin Zidana bağlayıb. İngilis mətbuatına açıqlama verən E.Adebayor bildirib ki, o bu yaxınlarda Madirdə yollanaraq Z.Zidanla görüşəcək və çox güman ki, onun kral klubuna qayıdışı bu görüşdə müzakirə olunacaq. Toqolu futbolçu bildirib ki, Z.Zidana çox inanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB