"Rəvan" klubunda Qəbələ səfərindən sonra bütün komandaya qısa istirahət verilmişdi, bir neçə futbolçu isə milli komandalarının oyunlarında iştirak etməkdən otrü öz ölkələrinə yola düşmüşdülər. Siasport.az saytı xəbər verir ki, komanda yenidən təlim-məşqlərə "Dalğa Arena" stadionunda başlayıb. Baş məşqçi Vladislav Qədirovun verdiyi məlumata əsasən məşqlər əvvəlki rejimdə keçiriləcək.
Qeyd edək ki, "Rəvan" FK növbəti matçını Azərbaycan Premyer Liqası çərçivəsində məhs bu meydanda 16 oktyabrda "Qarabağ"a qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB