Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Baş İdarənin birgə tədbirlər planına müvafiq olaraq 3-9 sentyabr 2011-ci il tarixdə Penitensiar xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində voleybol üzrə turnir keçirilib. Siasport.az saytı xəbər verir ki, turnirin açılışında Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəis müavini İntiqam Əliyev, ədliyyə mayoru Samir Mehtiyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Elvin Əhmədov çıxış edərək keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamış, turnir iştirakçılarına uğurlar diləyiblər.
Cəzaçəkmə müəssisəsinin məhkumlarından ibarət 8 komandanın iştirakı ilə dairəvi sistem üzrə keçirilən turnirdə I yeri "Alov" komandası, II yeri "Qalib" komandası, III yeri isə "Sahil" komandası tutub.
Turnirdə I, II və III yerlərə layiq görülmüş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunub, müəssisəyə voleybol toru və toplar hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB