Nəriman Mehdiyev: \"Əsas komanda yaradılan şəraitin qarşılığını vermir\"-AÇIQLAMA

Nəriman Mehdiyev: \"Əsas komanda yaradılan şəraitin qarşılığını vermir\"-AÇIQLAMA

Bu gün "Bakı" klubunun yeni istifdəyə verilmiş təlim-məşq bazasında mətbuat konfransı keçirilib.Siasport.az saytı xəbər verir ki, konfransda komandanın Marketinq və Media Departamentinin rəhbəri Nəriman Mehdiyev əvvəlcə dünən ölkə başçısı, Prezident İlham Əliyevin təlim-məşq bazasının açılış mərasimində iştirak etdiyini bildirib: "Dünən \"Bakı\" klubunun yeni təlim-məşq bazasının açılışı olub. Mərasimdə Prezident İlham Əliyev də iştirak edib".
Klub rəsmisi uşaq futboluna ciddi fikir verdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, 2008-cü ildən uşaq futboluna xüsusi diqqət yetirilməyə başlanılıb və bunun nəticəsi olaraq bu gün 8-17 yaş qruplarında futbolçu yetişir. 18 ay ərzində bu rəqəmin 1000-ə çatacağı gözlənilir: "Bu gün klubumuzda möhtəşəm şərait yaradılıb. Məhz 2004-cü ildən klubumuza Hafiz Məmmədovun rəhbərlik etməsindən sonra komanda sürətli inkişafdadır, peşəkar fəaliyyət göstərir. Hazırda şəraitinə görə, "Bakı"nın A komandası Avropanın qabaqcıl klubları sırasındadır. Ancaq uşaq futboluna daha çox qayğı göstərilir. İldə iki dəfə seçim turları keçirilir. Burada minlərlə uşaq iştirak edir. Onların arasından ən istedadlılar seçilirlər. Ancaq çox təəssüf ki, əsas komanda yaradılan şəraitin qarşılığını vermir. Buna görə məşqçilər və futbolçular günahkardırlar, məsuliyyət daşıyırlar. Onlardan bu uğursuzluqlara son qoyulması tələb edilib". Futbolumuzun problemlərinə toxunan N.Mehdiyev çatışmazlıqlar barədə danışıb: "Futbolun inkişaf etdirilməsi mürəkkəb sistemdir. Xarici ölkələrdə 2-3 yaşından uşaqlara yavaş-yavaş topla davranış öyrədilir. Azərbaycanda futbolun bünövrəsi çox zəifdir. Vaxtında uşaq futboluna ciddi fikir verilməyib. Bu gün 10-15 illlik boşluğun acı nəticələrini görürük. Hazırda ölkədə rəqabətədavamlı və 90 dəqiqənin sonuna kimi mübarizə aparan komanda yoxdur. Problemləri tədricən aradan qaldırdıqdan sonra 3-5 il ərzində klublarımız Avropa yarışlarında lazımi nəticələr qazana biləcəklər. Doğrudur, bəzən qələbələr olur, ancaq bu, azdır".
Sonda "Bakı" rəsmisi klubun prezidenti Hafiz Məmmədov və fəxri prezident Anar Məmmədovun komanda üçün gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə