Türkiyəli naziri: \"Bu yumruqları inşallah Azərbaycanda danışdırarsız\"-AÇIQLAMA
Türkiyənin Gənclər və İdman naziri Suat Kılıç 22 sentyabr - 10 oktyabr tarixləri arasında Azərbaycanda keçiriləcək boks üzrə dünya çempionatına hazırlaşan qardaş ölkə yığmasının təlim-məşq toplanışını izləmək üçün onları ziyarət edib. Siasport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, o, bununla Bakıdakı mötəbər turnir öncəsi boksçuları ruhlandırmaq istədiyini bildirib: "\'Milli boksçularımızın milli yumruqları hazıdır. Bu yumruqları inşallah Azərbaycanda danışdırarsız. Milli ona görə təlim-məşq toplanışını Erzurumda həyata keçirir ki, bura Azərbaycana yaxın bir yüksəklikdə yerləşir. Sizlərlə birgə Bakıya gedib-getməyəcəyimi bilmirəm. Çünki proqramımızın hansı planlarla üst-üstə düşməsi indidən bəlli deyil. Amma mən hər zaman idmançılarımızın yanında olmağa çalışacağam. Azərbaycandakı durum n olur, bizim burdakı proqramımız nə olur, onu bilmirəm. Amma proqram əl versə, yaxın məsafəyə getməyi düşünürük. Əsas istəyimiz isə onların medalları ilə geriyə qaça-qaça gəlmələridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB