"Hamı yaxın günlərdə "Fənərbaxça"nın UEFA-dan kənarlaşdırılmasının əsl səbəbini açıqlayacayıq"
Bu gün Vyanada UEFA prezidenti Mişel Platini, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Ali Aydınlar, UEFA-nın vitse prezidenti Şenek Erzik birgə toplantı keçiriblər. Siasport.az saytı xəbər verir ki, 3 saatdan çox keçirilən qapalı iclasdan sonra UEFA prezidenti M.Platini İstanbulun "Fənərbaxça" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsindən kənarlaşdırılması ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, "Fənərbaxça"nın UEFA-dan kənarlaşdırılmasının detalları barədə UEFA-nın yaxın günlərdə qərar verəcək. M.Platini, hər kəsin əsl həqiqəti aydın şəkildə görəcəyini dilə gətirib.
Türk futbolunun oyun alqı-satqıları ilə bağlı araşdırmalardan ciddi ziyan çəkdiyini deyən M.Platini əlavə edib ki, UEFA "Fənərbaxça"nın əvəzinə qrup mərhələsində iştirak edən "Trabzonspor"un yerinə bir başqa ölkənin futbol klubunu UEFA Çempionlar Liqasına dəvət edə bilərdi. Onun dediyinə görə, sadəcə Türkiyə futbolunun gələci üçün UEFA yumşaldıcı mövqe tutub. Maraqlıdır ki, TFF prezidenti görüşdən sonra heç bir açıqlama verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB