Saypulla Absaidov: “Qubada təlim-məşq toplanışı keçirməyimiz hava şəraiti ilə bağlıdır”-AÇIQLAMA

Saypulla Absaidov: “Qubada təlim-məşq toplanışı keçirməyimiz hava şəraiti ilə bağlıdır”-AÇIQLAMA

"Hazırlığımız normal şəkildə davam edir. Qubada təlim-məşq toplanışı keçirməyimiz hava şəraiti ilə bağlıdır. Bakıda hava çox isti idi. Bu baxımdan bəxtimiz gətirdi, çünki hava sərin olduğu üçün biz çox yaxşı hazırlıq keçə bildik". Bu sözləri siasport.az saytına sərbəst güləş üzrə milli komandamızın baş məşqçisi Saypulla Absaidov deyib. O, komanda üzvlərini artıq müəyyənləşdirdiklərini bildirib: "Biz məşqçi ilə birgə artıq komanda üzvlərini müəyyən etmişik. Biz artıq bundan sonra Türkiyədə keçiriləcək dünya çempionatında komandanın tərkibi haqqında məlumat verə bilərik. Komandamız günü-gündən inkişaf edir. Komandanın fiziki-texniki hazırlığının yüksək səviyyədə olması dünya çempionatında qalibiyyət üçün daha böyük şans yaradır. Mən başa düşürəm ki, Olimpiya Oyunlarının vaxtı yaxınlaşdıqca gərginlik və cavabdehlik artır. Ümid edirəm ki, İstanbulda keçiriləcək dünya çempionatında müsbət nəticələr əldə etməklə yanaşı, qızıl medal qazanacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə