"Qarabağ" klubu "Streymur"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, iyulun 21-i Farer adalarından olan rəqibiylə Avroliqanın 2-ci mərhələsinin cavab görüşündə qarşılaşacaq komanda gündə bir məşqlə kifayətlənir. Bu gün eyni zamanda bir neçə gənc futbolçu səhər məşqinə çıxıb. Amma komandanın əsas məşqi 19:00-a nəzərdə tutulub. Axşam məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq. Komandada tək itki Tural İsgəndərovdur. 19 yaşlı yarımmüdafiəçi hələ ki, trenajor zalında məşq etməklə kifayətlənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB