"Bakı" 4 yoldaşlıq matçı keçirəcək

"Bakı" 4 yoldaşlıq matçı keçirəcək

Hazırlıqların ev hissəsini ikitərəfli oyunla tamamlayan "Bakı" 17 iyul tarixində ikinci təlim-məşq toplantısının məskəni Sloveniyaya yollanır. Siasport.az saytı xəbər verir ki, komanda 12 gün ərzində məşq etməklə bərabər 4 yoldaşlıq görüşü keçirəcək. Artıq rəqiblərin adı da bəllidir. İyulun 20-də ilk rəqib Sloveniya birinci liqa təmsilçisi "NK Radomlje" klubu olacaq. Ertəsi gün komanda Türkiyə superliqasını 9-cu pillədə başa vuran "Kardemir Karabükspor"la qarşı-qarşıya gələcək.

İyulun 24-də Yunanıstan üçüncüsü AEK (Afina) ilə yoldaşlıq oyunu baş tutacaq. Komandanın 4-cü və son qarşılaşması 27 və ya 28 iyul tarixinə təsadüf edəcək. Həmin gün rəqibin İtaliya, Xorvatiya və ya Sloveniya klublarından birinin olması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə